sharethis

stLight.options({ publisherGA:”UA-1645146-1″ }); – See more at: http://support.sharethis.com/customer/portal/articles/446390-google-analytics#sthash.0ewhHPmq.dpuf stLight.options({ tracking:”false” }); – See more at: http://support.sharethis.com/customer/portal/articles/446390-google-analytics#sthash.0ewhHPmq.dpuf Kere Yüklendi

Reklamlar

Novruz bayramı,Yeni Gün bayramı, Ərgənəgün Bayramı, Bahar bayramı- qədim xalq bayramı. (farsca-نو روز — Nou ruz, özbəkcə Navruz, türkməncə Nowruz, kürdçə Newroz, qazaxca Naurız, qırğızca Nooruz, türkcə Nevruz, krımtatarca Navrez) Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20, 21, 22 də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətinin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı azərbaycanlılar da baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruz həmçinin Bəhai təqvimi üzrə ilin ilk günüdür. Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqlar arasında meydana gəldiyini söyləyirlər. Novruz bayramının ayrı-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin (Əfsanəvi İran şahları Kəyumərs (Avestada Qaye Mərdan), Cəmşid və başqaları) adı ilə bağlamağa çalışmışlar. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrinin bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmşlər. Hətta bəzi din xadimləri belə bir fərziyyəyə uydurmuşlar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki imam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir. Əslində, xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar. Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan əl-Biruni (XI əsr) Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir. Nizamül Mülk (XI əsr) "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir. Səməni - həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. «Səməni, saxla məni, ildə göyərdərəm səni» deyən ulularımız yazın başlamasını təbiətin yenidən canlanması kimi qiymətləndiriblər. Səməni ilk iki çərşənbədən sonra, Novruz bayramına 10 gün qalmış göyərdilir. Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa , bu o deməkdir ki bol məhsul olacaq. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Özü də səməni yalnız evdə hazırlanmalıdır. Mütəxəsislər bazarlardan hazır səməni alınmasını düzgün hesab etmirlər. İnsan, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlarımız da «Ab, atəş, xak, badan yarandım» deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan. Dünyanın yaranmasında iştirak edən sonuncu ünsür havadır. Azərbaycan xalqının yazqabağı mərasimlərində Yel çərşənbəsi adı ilə qeyd olunur. Odla birlikdə yel də mənəvi-ruhi (kişi) başlanğıc hesab edilir və maddi (qadın) başlanğıc - torpağa, suya əks cəbhədə durur. Canlılara nəfəs verməklə öz hərəkətliyini, dinamikliyini onlara keçirir. Başqa sözlə, cansız torpağı və suyu durğunluqdan çıxardır. Məhz bu xüsusiyyətinə görə yel ruhla eyniləşdirilir. Ümumiyyətlə, dünyanın mənəvi, ruhi tərəfləri kişilərlə, maddi, əşyavi tərəfləri isə qadınlarla əlaqələndirilir. Lakin od və hava işə qarışmasa maddi, əşyavi tərəf əbədi dəyişməz qalar, sular coşub-daşmaz, dalğalanmaz, torpaqlar vulkana çevrilib püskürməz, atalar sözündə qeyd edildiyi kimi, «Yel olmasa, sel olmaz». «Yel gətirib, gün qurudub». «Yel eləyəni fələk eləyə bilməz». «Yel üfürüb şişirtdiyini göyə qaldırar». «Yel əsməyincə çöp tərpənməz» Dünya xalqlarının kosmoqonik mif sistemlərində hava mifik zamanın başladığı nöqtədə baş allahdır. Məsələn, qədim Misirdə hava allahı Şu göyü və yeri məğlub edir, bütün aləmi ələ alıb canlıları yaradır. Hindistanda Brahm nəfəsini bayıra buraxanda dünya yaranır, içəri alanda məhv olur. Çinlilərin təsəvvüründə isə göyün qapılarının açılıb-bağlanması ilə həyat-ölüm hadisələri baş verir. Müsəlman miflərində İsa nəfəsi ilə ölüləri dirildir, ona Məsih (nəfəs verən) deyilməsi bununla bağlıdır. «Munisnamə»yə görə, Azərbaycanda lap qədimlərdə dünya hava və sularının hamisi bir məxluqun timsalında təqdim edilirdi: Bir əlini yerə dirəyən, digərini isə göyə dikən Səhayıl (qədim külək tanrısı Səbayel bəlkə də bu inancdan yaranmışdır) dəniz suyunun və küləklərin qoruyucusudur [123, 560]. Havanın himayəçisi və tənzimləyicisi Səhayıl göyə yüksələn əli ilə sərt küləklərin, qasırğanın, yerə dikilən əli iləsə coşub-daşan dəniz sularının qarşısını alır. Əgər Səhayıl sol əlini yerdən götürsə, dəniz suyu kükrəyib bütün çölləri, düzləri basar, insanlar sulara qərq olar, boğulub ölər, sağ əlini aşağı salsa tufan, qasırğa qopar, dünya üzünü silib aparar, canlı varlıqlardan əsar-əlamət qalmaz. Səhayıl ikili xüsusiyyətə malikdir. Bir varlıqda həm kişiyə, həm də qadına xas xüsusiyyətlərin cəmləşməsinə atəşpərəstlikdə də rast gəlirik. Xeyir və Şər allahlarını bətnində bəsləyən tale və zaman tanrısı Zirvan /Şirvan həm kişi, həm də qadın idi. Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu da yerinə yetirir. Yel Baba (əksər hallarda əldən-ayaqdan düşmüş qoca sifətində peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb, diyirlətməyi tələb edir. Yel Babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır. Yel Baba haqqındakı bu təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçmişdir. Azərbaycanlıların ən əski təsəvvürlərinə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Xırman sovurulandan sonra ilk buğda götürənin isə oğlu olar. Ulularımız deyirlər ki, «Yel əsdirəni söyməzlər». Çünki onun arxasında Baş Ruh durur. Yelə tüpürsən öz üstünə qayıdar. Eləcə də Yel dağına ziyarət edirlər. Adamlar ürəklərində hər hansı bir dilək tutub nəzir-niyaz gətirir, qurban kəsirlər. Yel Baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar. Bir inanışda isə deyilir ki, «Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel Babanı çağır. Əgər Yel baba sənin səsini eşidib söyüdün budaqlarını torpağa toxundursa diləyin yerinə yetər». Göründüyü kimi, Azərbaycan türklərinin mifoloji düşüncəsinin qaynaqları öz kökləri etibarı ilə tarixin çox dərin qatlarına bağlanır. Onların izlərini gen yaddaşından adət-ənənələrə, rituallara, qədim bayramlara, folklor örnəklərinə, klassik ədəbiyyata, ümumiyyətlə, mədəniyyət formalarına qatmaqla unudulmağa qoymamışlar. Ulu Türkün övladları Dünyamızın Altaydan Qara dənizədək uzanan torpaqlarında, miflərin dili ilə desək, Gündoğandan başlayıb Günbatanda bitən ərazilərdə məskunlaşaraq kökdən gələn mənəvi amilləri öz yolları ilə yaşatdıqları kimi, sak-hun-oğuz birliyinin təmsilçiləri azərbaycanlılar da həmin mənəvi sərvətin bir hissəsinin yaradıcıları olmaqla yanaşı ümumi qazandan götürdüklərini özününkülərə qatıb duyğularına, istəklərinə dayaq edə-edə bu günümüzə çatdırmışlar. Birinci su çərşənbəsi adlandırılırdı. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar. Sizə bir söz deyim, mən özüm dünyanı gəzəndə harada bir gözəl bulaq görmüşəmsə, üzümü yumuşam ki, bir az gözəlləşim. Şal istədim mən də, evdə ağladım, Bir şal alıb tez belimə bağladım, Qulamgilə qaçdım, şalı salladım, Fatma xala mənə corab bağladı, Xan nənəmi yada salıb ağladı. İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir dənə şam yandırardılar. Xonçalar düzəldilərdi. Bayram yeli çardaxları yıxanda, Novruzgülü, qar çiçəyi çıxanda, Ağ buludlar köynəklərin sıxanda, Bizdən də bir yad eləyən sağ olsun, Dərdlərimiz qoy dikəlsin, dağ olsun. Bakıçının sözü, sovu, kağızı, İnəklərin bulaması, ağızı, çərşənbənin girdəkanı, mövizi, Qızlar deyər: "Atıl-matıl, çərşənbə, Ayna təkin bəxtim açıl, çərşənbə". Üçüncüsü yel çərşənbəsidir. Bəzi bölgələrimizdə çoz əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çığmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət – Allahımız su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Nənələrimiz «Səməni, saxla məni, ildə göyərdərəm səni»- deyib buğda isladardılar. İndiki kimi bazardan almırdılar ey, evdə göyərdərdilər! Hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum nəğmələri, mərasim nəğmələri yaratmışdır. Azərbaycan xalqı, ümumilikdə türk xalqları üçün bu bayram xəlqi-milli Yeni il olub, yazın bayram edildiyi sistemli ictimai-iqtisadi hadisələr toplusu kimi cəmiyyət miqyasında qeyd edilib. 12 min ildən artıq yaşı olduğu təsdiqlənən Novruz tarixən əkinçilik bayramı, əkin-səpin, əmək bayramı kimi yaranmış, xalqımızın mövsüm bayramı olmuşdur. Novruz, Novruz bahara, Güllər, güllər bahara. Novruz gəlir, yaz gəlir, Nəğmə gəlir, saz gəlir. Bağçamızda gül olsun, Gül olsun, bülbül olsun. Novruz günü yaz olar, Qırx kötük də az olar... Yazın gəlişi yaxınlaşdıqca ulu çağlardan azərbaycanlılar sinilərdə, məcməilərdə buğda, arpa, noxud, mərci və digər taxıl məhsullarından səməni göyərdər, ona baxıb sevinər, fərəhlənərdilər: Səməni, al məni, Hər yazda sən yada sal məni. Səməni göyərtmək Novruzun ən müqəddəs mərasimidir. Səməni həm yaşıllığın, həm də əkinçiliyin rəmzidir. Səməninin varlığı da, həyat verəni də, mənası da taxıldır. Əkinçilərimiz səməni göyərtməklə növbəti təsərrüfat ilinə bolluq, bərəkət arzulamışlar. Novruzu başqa bayram və tədbirlərdən fərqləndirən tərəflər çoxdur. Novruzla bağlı ictimai-iqtisadi əhəmiyyətli iməciliklər təşkil olunur, abadlıq işləri aparılır... İnsanların arzu və istəklərini, təbiətin oyanması ilə bağlı düşüncə və etiqadlarını əks etdirən Novruz aydınlıq, duruluq, yeni əhvali-ruhiyyə bayramı kimi səciyyələndirilir. Bahar fəsillər karvanında yaşıllıq və işıq yüklü bir dövrdür. Bahar fəslinin ən gözəl, ən nurlu, ən xoş əhvali-ruhiyyəli, ən müqəddəs bir məqamı Novruz bayramıdır. Novruz bayramına qədər 4 çərşənbə olur. Və bu çərşənbələrin hər birinin öz adı, özünəməxsus inancları var. Boz ayın dörd müqəddəs çərşənbəsindən birincisi Su çərşənbəsi, "Sular Novruzu" ilə başlayır. Əzəl çərşənbədə qarşıdan təzə ilin gəlməsi ilə bağlı ən əvvəl su təmizlənir. Hamı gün doğmamış su üstünə gedir, təzə suda əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, sü üstündən atlanır. Əski inamlarda su sağlamlığın başlıca rəhni idi. Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını-bezarını ona verənlər ilboyu xəstəliklərdən uzaq olardılar. Elə həmin gün su üstündə bir sıra ayinlər icra edilərdi. Bütün günü su axarlarını təmizləyər, arxları qaydaya salar, abadlıq işləri aparar, su ilə bağlı müxtəlif şənliklər keçirərdilər. Su ilə bağlı deyimlər: * Su olan yerdə dirilik olar. * Yuxuda su görmək aydınlıqdır. * Od üstə su atmazlar. * Su süfrəyə dağılanda evdə aydınlıq olar. * Su axarında salınan el-oba barlı-bəhərli olar. * Su gözəllik, su şirinlik, su təmizlik, su ülvilik deməkdir. Çərşənbələrdən biri Od çərşənbəsidir. Babalarımız 4 ünsirdən biri olan odla, ocaqla bağlı atalar sözü, müxtəlif deyim və yozumlar, alqış və qarğışlar düzüb-qoşublar: * Ocağın yanar olsun. * Ocağın odlu, süfrən dadlı olsun. * Səni od aparsın. * Odda yanmaz, suda batmaz ol. * Oda söyməzlər. * Oddan pay verməzlər. *Qurban sənə, gəl baba. Yel əsməyə başlayır, kürreyi-ərzi dolaşıb gəzən Yel yatmış hər şeyi tərpədib oyadır. Yel əsəndə söyməzlər, deyinməzlər. Xeyirliyə əs, deyərlər. Deyərlər ki, Yel çərşənbəsi gecəsində söyüd ağacının altına gedib niyyət edir, Yel babanı çağırırsan. Əgər Yel baba səsini eşidib əssə, söyüdün budaqları torpağa toxunsa, deməli, bütün diləklərinə çatacaqsan. Yel çərşənbəsi xalq arasında "külək oyadan çərşənbə", "külək çərşənbəsi", "yelli çərşənbə", "küləkli çərşənbə" adları ilə də işlənir. Əski etiqadlara görə bu çərşənbədə oyanan Yel və ya Külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir, yatmış torpağı qızdırır... Yel çərşənbəsində əsasən isti külək yazın gəlişindən xəbər verir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr Yelin özünün təmizlənməsi kimi qəbul edilir. çünki əski etiqada görə, "qara nəhrdə" yatmış külək Yer üzünə çıxaraq əvvəlcə özü təmizlənir. Əski inamlarda Yel ya özü Tanrıdır, ya da vahid Allah tərəfindən göndərilib, insanları əzizləyir, onlara kömək edir, bəzən də qəzəblənir, yeri gələndə isə cəzalandırır. "İncil"də və "Zəbur"da Yel Allahın qüdrəti kimi vəsf olunur. "Tövrat"da dörd növ Yel ilahəsinin hər birinin özünəməxsus xüsusiyyətlərindən bəhs edilir. ...Yumurtanı göyçək, güllü boyardıq, çaqqışdırıb sınanların soyardıq. Oynamaqdan bircə məgər doyardıq? Əli mənə yaşıl aşıq verərdi, İrza mənə novruzgülü dərərdi. "Quran"da isə yelin Allah tərəfindən göndərildiyi, onun Allahın əlində mərhəmət və cəza antropomorfu olduğu göstərilir. Zərdüştilər də küləyi müqəddəs hesab etmiş, ona tanrılıq vermişlər. "Avesta"da deyilir ki, Yelin gücü qüdrətli Hörmüzdün gücüdür... Hörmüzdən güc alıb dünyaya ayaq açmışdır. Dördüncü çərşənbə Torpaq çərşənbəsidir. Torpaq elin ən böyük sərvətidir. Torpaq insanın ən böyük nemətidir. Torpaq insanın dayağıdır. Torpaq oyanır, martın 20-21-də artıq ana torpaq isidir yatmış ağacların köklərini, sular duyğulanır və əkilən bitir, bitmişlər yarpaqlanıb çiçəklənməyə başlayır. Novruz günü ana torpağın naz-neməti ilə bəzənmiş ev-eşikdə süfrəyə neçə-neçə meyvə, yeməli şeylər düzülür. Və bir də onda görürsən ki, qapı döyülür, açırsan və kiminsə torbasını görürsən. Torbanı boş qaytarmazlar... Bağrını eşib sinəsində büsat qurduğumuz, evlər ucaldıb bağ-bağat saldığımız ana torpaq... Torpaqla bağlı babalarımız nələr düzüb-qoşublar... Nələr yozublar nənələrimiz: * Torpağın həmişə gül bitirsin. * Torpağın yada qismət olmasın. * Torpağında qara yellər əsməsin. * Torpaq ovuclayan qızıl ovuclar. *Yaz kasıbın yorğan-döşəyidi. * Yazda tərləməyən, qışda titrəyər. Axır çərşənbə axşamı kim su üstündə söyüd ağacının başını yerə qoyan görsə, hər arzusu yerinə yetər. * Axır çərşənbə axşamı tez yatmazlar. * Axır çərşənbə axşamı evdə qazan asarlar. * Axır çərşənbə günü küsülülər barışar, insan insana can deyib, can eşidər, hörmət, məhəbbət, ehtiram göstərərlər. Axır çərşənbə günündə bir yerə yumurta, bir yerə cövhər, bir yerə kömür basdırar və niyyət edərlər. Yumurta kömür ilə yazılarsa, niyyət yaxşı gələr. Sonra onları yerdən çıxarıb, ərik ağacının dibində basdırarlar. Gur işıqlandırılan evdə süfrəyə yeddi təam qoyulmalıdır: səməni, sarımsaq, alma, sirkə, sumax, yabanı zeytun, ispanaq. Süfrəyə həmçinin güzgü, onun hər yanında bir şamdan qoyulur və şamlar yandırılır. Şamların sayı ailə üzvlərinin sayına uyğun gəlməlidir. Süfrədə çörək, bir piyalə su, suyun səthində yaşıl yarpaq, qırmızı şərbət, mer-meyvə, qoz, xoruz əti, balıq, süd, pendir olmalıdır. Bəzən süfrəyə "Quran"da qoyulur. Novruz bayramı,Yeni Gün bayramı, Ərgənəgün Bayramı, Bahar bayramı- qədim xalq bayramı. (farsca-نو روز — Nou ruz, özbəkcə Navruz, türkməncə Nowruz, kürdçə Newroz, qazaxca Naurız, qırğızca Nooruz, türkcə Nevruz, krımtatarca Navrez) Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20, 21, 22 də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətinin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı azərbaycanlılar da baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruz həmçinin Bəhai təqvimi üzrə ilin ilk günüdür. Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqlar arasında meydana gəldiyini söyləyirlər. Novruz bayramının ayrı-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin (Əfsanəvi İran şahları Kəyumərs (Avestada Qaye Mərdan), Cəmşid və başqaları) adı ilə bağlamağa çalışmışlar. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrinin bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmşlər. Hətta bəzi din xadimləri belə bir fərziyyəyə uydurmuşlar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki imam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir. Əslində, xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar. Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan əl-Biruni (XI əsr) Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir. Nizamül Mülk (XI əsr) "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir. Səməni - həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. «Səməni, saxla məni, ildə göyərdərəm səni» deyən ulularımız yazın başlamasını təbiətin yenidən canlanması kimi qiymətləndiriblər. Səməni ilk iki çərşənbədən sonra, Novruz bayramına 10 gün qalmış göyərdilir. Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa , bu o deməkdir ki bol məhsul olacaq. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Özü də səməni yalnız evdə hazırlanmalıdır. Mütəxəsislər bazarlardan hazır səməni alınmasını düzgün hesab etmirlər. İnsan, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlarımız da «Ab, atəş, xak, badan yarandım» deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan. Dünyanın yaranmasında iştirak edən sonuncu ünsür havadır. Azərbaycan xalqının yazqabağı mərasimlərində Yel çərşənbəsi adı ilə qeyd olunur. Odla birlikdə yel də mənəvi-ruhi (kişi) başlanğıc hesab edilir və maddi (qadın) başlanğıc - torpağa, suya əks cəbhədə durur. Canlılara nəfəs verməklə öz hərəkətliyini, dinamikliyini onlara keçirir. Başqa sözlə, cansız torpağı və suyu durğunluqdan çıxardır. Məhz bu xüsusiyyətinə görə yel ruhla eyniləşdirilir. Ümumiyyətlə, dünyanın mənəvi, ruhi tərəfləri kişilərlə, maddi, əşyavi tərəfləri isə qadınlarla əlaqələndirilir. Lakin od və hava işə qarışmasa maddi, əşyavi tərəf əbədi dəyişməz qalar, sular coşub-daşmaz, dalğalanmaz, torpaqlar vulkana çevrilib püskürməz, atalar sözündə qeyd edildiyi kimi, «Yel olmasa, sel olmaz». «Yel gətirib, gün qurudub». «Yel eləyəni fələk eləyə bilməz». «Yel üfürüb şişirtdiyini göyə qaldırar». «Yel əsməyincə çöp tərpənməz» Dünya xalqlarının kosmoqonik mif sistemlərində hava mifik zamanın başladığı nöqtədə baş allahdır. Məsələn, qədim Misirdə hava allahı Şu göyü və yeri məğlub edir, bütün aləmi ələ alıb canlıları yaradır. Hindistanda Brahm nəfəsini bayıra buraxanda dünya yaranır, içəri alanda məhv olur. Çinlilərin təsəvvüründə isə göyün qapılarının açılıb-bağlanması ilə həyat-ölüm hadisələri baş verir. Müsəlman miflərində İsa nəfəsi ilə ölüləri dirildir, ona Məsih (nəfəs verən) deyilməsi bununla bağlıdır. «Munisnamə»yə görə, Azərbaycanda lap qədimlərdə dünya hava və sularının hamisi bir məxluqun timsalında təqdim edilirdi: Bir əlini yerə dirəyən, digərini isə göyə dikən Səhayıl (qədim külək tanrısı Səbayel bəlkə də bu inancdan yaranmışdır) dəniz suyunun və küləklərin qoruyucusudur [123, 560]. Havanın himayəçisi və tənzimləyicisi Səhayıl göyə yüksələn əli ilə sərt küləklərin, qasırğanın, yerə dikilən əli iləsə coşub-daşan dəniz sularının qarşısını alır. Əgər Səhayıl sol əlini yerdən götürsə, dəniz suyu kükrəyib bütün çölləri, düzləri basar, insanlar sulara qərq olar, boğulub ölər, sağ əlini aşağı salsa tufan, qasırğa qopar, dünya üzünü silib aparar, canlı varlıqlardan əsar-əlamət qalmaz. Səhayıl ikili xüsusiyyətə malikdir. Bir varlıqda həm kişiyə, həm də qadına xas xüsusiyyətlərin cəmləşməsinə atəşpərəstlikdə də rast gəlirik. Xeyir və Şər allahlarını bətnində bəsləyən tale və zaman tanrısı Zirvan /Şirvan həm kişi, həm də qadın idi. Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu da yerinə yetirir. Yel Baba (əksər hallarda əldən-ayaqdan düşmüş qoca sifətində peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb, diyirlətməyi tələb edir. Yel Babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır. Yel Baba haqqındakı bu təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçmişdir. Azərbaycanlıların ən əski təsəvvürlərinə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Xırman sovurulandan sonra ilk buğda götürənin isə oğlu olar. Ulularımız deyirlər ki, «Yel əsdirəni söyməzlər». Çünki onun arxasında Baş Ruh durur. Yelə tüpürsən öz üstünə qayıdar. Eləcə də Yel dağına ziyarət edirlər. Adamlar ürəklərində hər hansı bir dilək tutub nəzir-niyaz gətirir, qurban kəsirlər. Yel Baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar. Bir inanışda isə deyilir ki, «Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel Babanı çağır. Əgər Yel baba sənin səsini eşidib söyüdün budaqlarını torpağa toxundursa diləyin yerinə yetər». Göründüyü kimi, Azərbaycan türklərinin mifoloji düşüncəsinin qaynaqları öz kökləri etibarı ilə tarixin çox dərin qatlarına bağlanır. Onların izlərini gen yaddaşından adət-ənənələrə, rituallara, qədim bayramlara, folklor örnəklərinə, klassik ədəbiyyata, ümumiyyətlə, mədəniyyət formalarına qatmaqla unudulmağa qoymamışlar. Ulu Türkün övladları Dünyamızın Altaydan Qara dənizədək uzanan torpaqlarında, miflərin dili ilə desək, Gündoğandan başlayıb Günbatanda bitən ərazilərdə məskunlaşaraq kökdən gələn mənəvi amilləri öz yolları ilə yaşatdıqları kimi, sak-hun-oğuz birliyinin təmsilçiləri azərbaycanlılar da həmin mənəvi sərvətin bir hissəsinin yaradıcıları olmaqla yanaşı ümumi qazandan götürdüklərini özününkülərə qatıb duyğularına, istəklərinə dayaq edə-edə bu günümüzə çatdırmışlar. Birinci su çərşənbəsi adlandırılırdı. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar. Sizə bir söz deyim, mən özüm dünyanı gəzəndə harada bir gözəl bulaq görmüşəmsə, üzümü yumuşam ki, bir az gözəlləşim. Şal istədim mən də, evdə ağladım, Bir şal alıb tez belimə bağladım, Qulamgilə qaçdım, şalı salladım, Fatma xala mənə corab bağladı, Xan nənəmi yada salıb ağladı. İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir dənə şam yandırardılar. Xonçalar düzəldilərdi. Bayram yeli çardaxları yıxanda, Novruzgülü, qar çiçəyi çıxanda, Ağ buludlar köynəklərin sıxanda, Bizdən də bir yad eləyən sağ olsun, Dərdlərimiz qoy dikəlsin, dağ olsun. Bakıçının sözü, sovu, kağızı, İnəklərin bulaması, ağızı, çərşənbənin girdəkanı, mövizi, Qızlar deyər: "Atıl-matıl, çərşənbə, Ayna təkin bəxtim açıl, çərşənbə". Üçüncüsü yel çərşənbəsidir. Bəzi bölgələrimizdə çoz əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çığmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət – Allahımız su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Nənələrimiz «Səməni, saxla məni, ildə göyərdərəm səni»- deyib buğda isladardılar. İndiki kimi bazardan almırdılar ey, evdə göyərdərdilər! Hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum nəğmələri, mərasim nəğmələri yaratmışdır. Azərbaycan xalqı, ümumilikdə türk xalqları üçün bu bayram xəlqi-milli Yeni il olub, yazın bayram edildiyi sistemli ictimai-iqtisadi hadisələr toplusu kimi cəmiyyət miqyasında qeyd edilib. 12 min ildən artıq yaşı olduğu təsdiqlənən Novruz tarixən əkinçilik bayramı, əkin-səpin, əmək bayramı kimi yaranmış, xalqımızın mövsüm bayramı olmuşdur. Novruz, Novruz bahara, Güllər, güllər bahara. Novruz gəlir, yaz gəlir, Nəğmə gəlir, saz gəlir. Bağçamızda gül olsun, Gül olsun, bülbül olsun. Novruz günü yaz olar, Qırx kötük də az olar... Yazın gəlişi yaxınlaşdıqca ulu çağlardan azərbaycanlılar sinilərdə, məcməilərdə buğda, arpa, noxud, mərci və digər taxıl məhsullarından səməni göyərdər, ona baxıb sevinər, fərəhlənərdilər: Səməni, al məni, Hər yazda sən yada sal məni. Səməni göyərtmək Novruzun ən müqəddəs mərasimidir. Səməni həm yaşıllığın, həm də əkinçiliyin rəmzidir. Səməninin varlığı da, həyat verəni də, mənası da taxıldır. Əkinçilərimiz səməni göyərtməklə növbəti təsərrüfat ilinə bolluq, bərəkət arzulamışlar. Novruzu başqa bayram və tədbirlərdən fərqləndirən tərəflər çoxdur. Novruzla bağlı ictimai-iqtisadi əhəmiyyətli iməciliklər təşkil olunur, abadlıq işləri aparılır... İnsanların arzu və istəklərini, təbiətin oyanması ilə bağlı düşüncə və etiqadlarını əks etdirən Novruz aydınlıq, duruluq, yeni əhvali-ruhiyyə bayramı kimi səciyyələndirilir. Bahar fəsillər karvanında yaşıllıq və işıq yüklü bir dövrdür. Bahar fəslinin ən gözəl, ən nurlu, ən xoş əhvali-ruhiyyəli, ən müqəddəs bir məqamı Novruz bayramıdır. Novruz bayramına qədər 4 çərşənbə olur. Və bu çərşənbələrin hər birinin öz adı, özünəməxsus inancları var. Boz ayın dörd müqəddəs çərşənbəsindən birincisi Su çərşənbəsi, "Sular Novruzu" ilə başlayır. Əzəl çərşənbədə qarşıdan təzə ilin gəlməsi ilə bağlı ən əvvəl su təmizlənir. Hamı gün doğmamış su üstünə gedir, təzə suda əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, sü üstündən atlanır. Əski inamlarda su sağlamlığın başlıca rəhni idi. Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını-bezarını ona verənlər ilboyu xəstəliklərdən uzaq olardılar. Elə həmin gün su üstündə bir sıra ayinlər icra edilərdi. Bütün günü su axarlarını təmizləyər, arxları qaydaya salar, abadlıq işləri aparar, su ilə bağlı müxtəlif şənliklər keçirərdilər. Su ilə bağlı deyimlər: * Su olan yerdə dirilik olar. * Yuxuda su görmək aydınlıqdır. * Od üstə su atmazlar. * Su süfrəyə dağılanda evdə aydınlıq olar. * Su axarında salınan el-oba barlı-bəhərli olar. * Su gözəllik, su şirinlik, su təmizlik, su ülvilik deməkdir. Çərşənbələrdən biri Od çərşənbəsidir. Babalarımız 4 ünsirdən biri olan odla, ocaqla bağlı atalar sözü, müxtəlif deyim və yozumlar, alqış və qarğışlar düzüb-qoşublar: * Ocağın yanar olsun. * Ocağın odlu, süfrən dadlı olsun. * Səni od aparsın. * Odda yanmaz, suda batmaz ol. * Oda söyməzlər. * Oddan pay verməzlər. *Qurban sənə, gəl baba. Yel əsməyə başlayır, kürreyi-ərzi dolaşıb gəzən Yel yatmış hər şeyi tərpədib oyadır. Yel əsəndə söyməzlər, deyinməzlər. Xeyirliyə əs, deyərlər. Deyərlər ki, Yel çərşənbəsi gecəsində söyüd ağacının altına gedib niyyət edir, Yel babanı çağırırsan. Əgər Yel baba səsini eşidib əssə, söyüdün budaqları torpağa toxunsa, deməli, bütün diləklərinə çatacaqsan. Yel çərşənbəsi xalq arasında "külək oyadan çərşənbə", "külək çərşənbəsi", "yelli çərşənbə", "küləkli çərşənbə" adları ilə də işlənir. Əski etiqadlara görə bu çərşənbədə oyanan Yel və ya Külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir, yatmış torpağı qızdırır... Yel çərşənbəsində əsasən isti külək yazın gəlişindən xəbər verir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr Yelin özünün təmizlənməsi kimi qəbul edilir. çünki əski etiqada görə, "qara nəhrdə" yatmış külək Yer üzünə çıxaraq əvvəlcə özü təmizlənir. Əski inamlarda Yel ya özü Tanrıdır, ya da vahid Allah tərəfindən göndərilib, insanları əzizləyir, onlara kömək edir, bəzən də qəzəblənir, yeri gələndə isə cəzalandırır. "İncil"də və "Zəbur"da Yel Allahın qüdrəti kimi vəsf olunur. "Tövrat"da dörd növ Yel ilahəsinin hər birinin özünəməxsus xüsusiyyətlərindən bəhs edilir. ...Yumurtanı göyçək, güllü boyardıq, çaqqışdırıb sınanların soyardıq. Oynamaqdan bircə məgər doyardıq? Əli mənə yaşıl aşıq verərdi, İrza mənə novruzgülü dərərdi. "Quran"da isə yelin Allah tərəfindən göndərildiyi, onun Allahın əlində mərhəmət və cəza antropomorfu olduğu göstərilir. Zərdüştilər də küləyi müqəddəs hesab etmiş, ona tanrılıq vermişlər. "Avesta"da deyilir ki, Yelin gücü qüdrətli Hörmüzdün gücüdür... Hörmüzdən güc alıb dünyaya ayaq açmışdır. Dördüncü çərşənbə Torpaq çərşənbəsidir. Torpaq elin ən böyük sərvətidir. Torpaq insanın ən böyük nemətidir. Torpaq insanın dayağıdır. Torpaq oyanır, martın 20-21-də artıq ana torpaq isidir yatmış ağacların köklərini, sular duyğulanır və əkilən bitir, bitmişlər yarpaqlanıb çiçəklənməyə başlayır. Novruz günü ana torpağın naz-neməti ilə bəzənmiş ev-eşikdə süfrəyə neçə-neçə meyvə, yeməli şeylər düzülür. Və bir də onda görürsən ki, qapı döyülür, açırsan və kiminsə torbasını görürsən. Torbanı boş qaytarmazlar... Bağrını eşib sinəsində büsat qurduğumuz, evlər ucaldıb bağ-bağat saldığımız ana torpaq... Torpaqla bağlı babalarımız nələr düzüb-qoşublar... Nələr yozublar nənələrimiz: * Torpağın həmişə gül bitirsin. * Torpağın yada qismət olmasın. * Torpağında qara yellər əsməsin. * Torpaq ovuclayan qızıl ovuclar. *Yaz kasıbın yorğan-döşəyidi. * Yazda tərləməyən, qışda titrəyər. Axır çərşənbə axşamı kim su üstündə söyüd ağacının başını yerə qoyan görsə, hər arzusu yerinə yetər. * Axır çərşənbə axşamı tez yatmazlar. * Axır çərşənbə axşamı evdə qazan asarlar. * Axır çərşənbə günü küsülülər barışar, insan insana can deyib, can eşidər, hörmət, məhəbbət, ehtiram göstərərlər. Axır çərşənbə günündə bir yerə yumurta, bir yerə cövhər, bir yerə kömür basdırar və niyyət edərlər. Yumurta kömür ilə yazılarsa, niyyət yaxşı gələr. Sonra onları yerdən çıxarıb, ərik ağacının dibində basdırarlar. Gur işıqlandırılan evdə süfrəyə yeddi təam qoyulmalıdır: səməni, sarımsaq, alma, sirkə, sumax, yabanı zeytun, ispanaq. Süfrəyə həmçinin güzgü, onun hər yanında bir şamdan qoyulur və şamlar yandırılır. Şamların sayı ailə üzvlərinin sayına uyğun gəlməlidir. Süfrədə çörək, bir piyalə su, suyun səthində yaşıl yarpaq, qırmızı şərbət, mer-meyvə, qoz, xoruz əti, balıq, süd, pendir olmalıdır. Bəzən süfrəyə "Quran"da qoyulur. kamal edilzade

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s